Emreli Almaniyada aranı qatdı, Klozeyə etiraz etdi - OLAY

20 Dekabr 2024 01:00 Qalmaqal 2 613
Emreli Almaniyada aranı qatdı, Klozeyə etiraz etdi - OLAY

"Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Köln"ə uduzduqları II Bundesliqanın oyununda erkən əvəzlənməsinə etiraz edib.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli "nn.de" saytı məlumat yayıb.

27 yaşlı hücumçu sözügedən qarşılaşmanın ilk hissəsindən sonra meydana çıxmadığı üçün baş məşqçi Miroslav Klozeyə narazılığını bildirib.

Nəşr Emrelinin bununla bağlı instaqram hesabında post da paylaşdığı və daha sonra sildiyini də yazıb. Kloze isə forvardın etirazına səssiz qalıb.

Görüş "Nürnberq"in məğlubiyyəti ilə bitib - 1:3. Mahir ilk hissənin sonunda Florian Fliklə əvəzlənib. Həmin vaxt komanda 0:3 hesabı ilə geridə olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!