Bakıya gəlmişdi… İndi yolu həbsxanaya düşdü - FOTO

9 Mart 2020 19:45 Qalmaqal 743
Bakıya gəlmişdi… İndi yolu həbsxanaya düşdü - FOTO

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun Paraqvay həbsxanasından ilk görüntüsü yayılıb.

Sportinfo.az xəbər verir ki, ötənlərin məşhur hücumçusunun fotosunu yerli jurnalist Ernan Rodriges şəxsi "Twitter" səhifəsində paylaşıb.

Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon hava limanında saxta pasport təqdim edib. Martın 5-də Paraqvayın baş prokuroru "sambaçılar"ın həbsinə dair order verib.

Lakin ertəsi gün sabiq futbolçu azadlığa çıxıb. Lakin bir neçə saat sonra Ronaldinyo baş prokurorluğun sorğusu əsasında yenidən saxlanılıb. Məhkəmə onun həbsinin 6 ay uzadılmasını qərara alıb.

Ronaldinyo Avropada Fransanın PSJ, İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarındakı çıxışı ilə tanınıb. O, Braziliya komandalarının da formasını geyinib.

Cənubi amerikalı «Qəbələ»nin tərəfdaşıdır. Azərbaycan kubokunun son sahibi onun adına Bakıda akademiya açmağa hazırlaşır. Ronaldinyo 3 il öncə bu məqsədlə paytaxtımıza təşrif buyurub.

Digər Xəbərlər
Xəbər Lenti