350 min cərimələnib heyətdən kənarlaşdırıldı

26 Noyabr 2019 23:46 Qalmaqal 587
350 min cərimələnib heyətdən kənarlaşdırıldı

"Napoli" daxilində prezident-məşqçi-futbolçular arasında davam edən "soyuq müharibə"nin "qurban"ı kapitan Lorenso İnsinye olub. Sportinfo.az xəbər verir ki, "bunt"un təşkilatçısının komandanın lideri olduğunu düşən Neapol klubunun rəhbərliyi 28 yaşlı futbolçunu 350 min avro cərimə edib.

Vinger canını bununla qurtara bilməyib. Klub prezidenti Aurelio de Laurentisin göstərişinə əsasən, o, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun "Liverpul"la heyətindən də kənarlaşdırılıb. Klubun rəsmi saytında İnsinyenin zədəli olduğu yazılsa da, İtaliya mətbuatı əminliklə iddia edir ki, bu, rəhbərliyin qərarıdır.

"Napoli"də bir müddət əvvəl baş qaldıran narazılığın səbəbi Aurelio de Laurentisin komanda üzvlərinə bazadan çıxmamaq tapşırığı verməsi idi. Klub rəhbəri eyni zamanda baş məşqçi Karlo Ançelottiyə irad bildirmişdi ki, artıq hörmətdən düşüb, futbolçulara sözünü keçirə bilmir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"