Azərbaycanda borcunu ödəməyən komandanı oteldən QOVDULAR!

9 May 16:00 Qalmaqal 1 131
Azərbaycanda borcunu ödəməyən komandanı oteldən QOVDULAR!

I Liqada mübarizə aparan «Mingəçevir»də xoşagəlməz olaylar bir-birini əvəz edir.

Füzuli Məmmədovun baş məşqçi təyinatından sonra gündə bir qalmaqalın yaşanmasına öyrəşən «işıqçılar» növbəti dəfə diqqət mərkəzinə düşüb.

Belə ki, komanda aylardan bəri məskunlaşdığı oteldən çıxarılıb. Hadisə axşam saatlarında qeydə alınıb.

F.Məmmədovun futbolçularla iclas keçirdiyi əsnada öncə internet kəsilib, ardınca da işıqlar söndürülüb. Bir qədər sonra isə personal otelin boşaldılmasına dair rəhbərlikdən tapşırıq aldıqlarını onların nəzərinə çatdırıb.

Məlum olub ki, klub mehmanxananın müdriyyəti qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyib, ödəmə etməyib.

Xeyli müddətdir borcunu ala bilməyən otelin yiyələri «Mingəçevir»ə aid bütün əşyaları küçəyə boşaldıb. Otaqların qapısı bağlanıb, oyunçuların içəri daxil olmasına icazə verilməyib.

Belədə klub rəsmiləri şəhərdə başqa otel axtarışına çıxıb. İdarə Heyətinin üzvlərindən Ruslan Həmidov poblemi müvəqqəti də olsa, həll edib.

Onun tapdığı məkan 15-20 gün müddətinə komandanın ixtiyarına verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!