Qadınlar arasında Türkiyə Super Liqasında çıxış edən “Yüksekovaspor”un 6 futbolçusu müxtəlif milli komandalara çağırılıb.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, onlar arasında azərbaycanlılar da var.
Belə ki, 2 oyunçu Azərbaycan millisinə çağırılıb. Bunlar Aytac Şərifova və Sevinc Cəfərzadədir. Bildirilib ki, adıçəkilən futbolçular yığmamızın qarşıdakı təlim-məşq toplanışında iştirak edəcəklər.
“Yüksekovaspor”un digər 4 üzvü isə Qana, Əlcəzair və Burkina Faso millilərinə dəvət alıb.
