UEFA-dan qadınlara jest – Mükafatı artırdı

24 Sentyabr 2021 10:00 Qadın futbolu 393
UEFA-dan qadınlara jest – Mükafatı artırdı

UEFA qadınlar arasında Avropa çempionatının final mərhələsi üçün mükafat fondunu müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, Avropanın ali futbol qurumu 16 milyon avro mükafat ayırıb.

Bu, 2017-ci ildə Niderlandda keçirilən turnirin mükafat fondundan 2 dəfə çoxdur. Həmin vaxt komandalara cəmisi 8 milyon avro mükafat verilmişdi.

Qadınlar arasında Avropa çempionatı 2022-ci ildə İngiltərədə keçiriləcək. Turnirdə 16 komanda iştirak edəcək. 2017-ci ildə turnirin qalibi Niderland olub.

Digər Xəbərlər
Xəbər Lenti