Erməni əsirliyində olan Aminin yeni FOTOsu yayıldı

27 Noyabr 2020 20:10 Problem 636
Erməni əsirliyində olan Aminin yeni FOTOsu yayıldı

Sportinfo.az xəbər verir ki, Rusiyanın “İnfoteka24. ru” saytı erməni əsirliyində olan azərbaycanlı Amin Musayevin yeni fotosunu yayıb.

Məlumatda bildirilib ki, Amin sağdır və müalicə olunur.

Hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər.

Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat olsa da, erməni tərəfi təkzib edirdi.

Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşmışdı.

Amin Musayev və Bayram Kərimovla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-yə müraciət ünvanlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı