COP29

Ermənistan-Azərbaycan münasibətlərinin müzakirəsi üçün dördlü formatda görüş təklif etdi

17 Sentyabr 2023 07:10 Problem 801
Ermənistan-Azərbaycan münasibətlərinin müzakirəsi üçün dördlü formatda görüş təklif etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistana liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklif edib.

Bu haqda Türkiyə Prezidenti Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün ABŞ-yə yola düşməzdən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandıran zaman danışıb.

“İndi təbii ki, rəhbərliyimizlə üçtərəfli görüş təklifimizi onlara çatdırmışıq. Amma bu məsələdə biz üçlü yox, dördlü təklif etdik. Yəni, bu yerlərə heç bir aidiyyəti olmayan liderlərlə deyil, cənab Putin, cənab Əliyevlə, mənim və hazırda məsələ ilə məşğul olan Ermənistan Baş naziri Paşinyanla dördlük olaraq belə bir görüş keçirək. Elə təklif etdik ki, addımı da ona uyğun ataq. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Məsələ ilə bağlı cənab Əliyevlə də müzakirə edəcəyik və hadisələri yaxından izləyəcəyik”, - Ərdoğan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"