“Ermənistan onların geri qayıtması üçün heç bir təklif irəli sürməyib”

08:10 Problem 72
“Ermənistan onların geri qayıtması üçün heç bir təklif irəli sürməyib”

“Bizim Qarabağda yaşayan bütün ermənilərə vətəndaşlıq və ya iş icazəsi üçün müraciət etməyi təklif etdiyimiz dəfələrlə səsləndirilib, o cümlədən veb-saytda dərc olunub”.

Bunu Prezident İlham Əliyev “France 24” telekanalına müsahibəsində deyib.

“Bizim bu məsələ ilə bağlı mövqeyimiz çox aydın olub. Qarabağ ermənilərinin nümayəndələri ilə bir neçə dəfə görüşlərimiz oldu, lakin onlar Ermənistana getmək seçimini üstün tutdular.

Bugünkü Ermənistan ərazisindən deportasiya edilmiş və etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlımız var, lakin Ermənistan hökuməti onların geri qayıtması üçün heç vaxt heç bir təklif irəli sürməyib. Düşünürəm ki, bu məsələyə qarşılıqlı nöqteyi-nəzərindən yanaşmalıyıq.

Qayıdış hüququ universal bir hüquqdur və əlbəttə ki, bizə belə bir müraciət olarsa, Azərbaycan bu hüquqa mütləq əməl edəcək. Lakin, eyni zamanda, 30 il Ermənistanla müharibə şəraitində olduğumuzu və 30 il ərzində onların ərazimizi işğal altında saxladığını nəzərə alsaq, Qərbi azərbaycanlılar adlandırdığımız yüz minlərlə azərbaycanlıya qarşı da eyni münasibəti gözləyirik ki, bugünkü Ermənistana qayıda bilsinlər”, - Prezident qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!