Azərbaycanla sülh müqaviləsinin imzalanması niyyətini açıqladı

07:20 Problem 71
Azərbaycanla sülh müqaviləsinin imzalanması niyyətini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə keçiriləcək parlament seçkilərinə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması niyyətini açıqlayıb.

N.Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

Baş nazir qeyd edib ki, sülh sazişinin imzalanması hökumətin əsas gündəliyindədir:

“Mənim belə bir gündəliyim var. Əslində, bu sənədin ötən ilin dekabr, yanvar və ya aprel aylarında imzalanması da gündəmdə idi, çünki layihə üzrə əsas müzakirələr hələ ötən ilin martında yekunlaşıb. Biz bu istiqamətdə işləməyə davam edəcəyik”.

Ermənistanda növbəti parlament seçkiləri il iyunun 7-nə təyin edilib. Prezident Vaaqn Xaçaturyan ötən həftə seçkilərin keçirilməsi barədə müvafiq fərman imzalayıb. Paşinyan komandası seçkilərə sülh müqaviləsi imzalamış iqtidar kimi getməyi hədəfləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan