Peşəkar Futbol Liqası prezidenti 3-4 aya yenidən…

02:30 Problem 78
Peşəkar Futbol Liqası prezidenti 3-4 aya yenidən…

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun 3-4 ay sonra yenidən əmэliyyat olunması planlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.

Onun sözlərinə görə, həkimlər E.Səmədovun durumunu nəzarətdə saxlayırlar:

"Hazırda bütün prosedurlar davam edir. 3-4 aya yenidən əməliyyat planlaşdırılır.

Hansısa çətinlik yaşanmaması üçün həkimlər tam nəzarətdə saxlayırlar. İndi hər şey qaydasında gedir".

Hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq