Füzuli Məmmədovun “Karvan”da iş başına keçməsindən 2,5 ay keçir.
Noyabrın 25-də komandanı təhvil alan baş məşqçi hələ qələbəylə tanış olmayıb.
I Liqanın «Karvan»dan ötrü darıxdığını dedik. Məmmədov isə yenə nağıllar aləmindədir, tezliklə uğurlu nəticələr qazanacaqlarını, düşdükləri vəziyyətdən çıxacaqlarını deyir.
Qoy, desin! Öz aramızdır, quru sözə nə verirlər ki..?
Hamı bilir ki, ona qədər bu komandanı Azər Həşimov və Zaur Hacıyev çalışdırmayıb. Əsas işi Kənan Kərimov görüb.
«Karvan» Kərimovun vaxtında bundan qat-qat yaxşı oynayırdı. Qol vurur, xal qazanırdılar.
`Hazırda aktivində vur-tut 6 xal var «Karvan»ın. Onu da Kənan Kərimov qazanıb.
Eh, indi haradasız, ay Kərimov?
Klubun rəhbərliyi Füzuli Məmmədovu gətirdi ki, ağ günə çıxarsın komandanı. Dəyişiklik oldu, yağışdan qurtulub, yağmura yaxalandı «Karvan».
Boş yerə deməmişik ki, Füzuli Məmmədov tipik I Liqa məşqçisidir. Bu liqanı ondan yaxşı tanıyan yoxdur.
I Liqa futbolçularının da, hakimlərinin də, hakim-inspektorlarının da, hətta operatorlarının da ən yaxın dostu odur.
Kaş qəbullansaydı ki, Premyer Liqa onluq deyil…
«Karvan»ın karvanı I Liqaya doğru elə sürətlə irəliləyir ki…
Bu qayıdış başqa qayıdışlara bənzəmir heç.
ELXAN

