AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi qeybə çəkilib.
Sözgedən komitə futbolçularla bağlı edilən şikayətlərə görə qətiyyən narahat deyil.
Redaksiyamıza daxil olan məlumata görə, “Neftçi”nin sabiq futbolçusu Hüseyn Babayev ötən ilin yayında “ağ-qaralar”dan komitəyə məhkəmə işi ilə bağlı müraciət ünvanlayıb.
Avqust ayında iş icraata qəbul olunsa da, indiyə qədər proseslə bağlı nə bir iclas keçirilib, nə qərar verilib, nə də hansısa tədbir görülüb.
Üstündən 6 ay keçməsinə baxmayaraq, bu günə qədər səs-soraq yoxdur. Sanki komitəyə şikayət məktubu daxil olmayıb.
Oyunçuların Statusu və Transferi Komitəsinin rəhbəri, hüquqşünas Tural Eyvazovun işlərinin çox olmasına şübhə ilə yanaşmırıq.
Çağdaş dönəmdə şikayətçilərin sayı kimi, məhkəmə proseslərinin sayında da artım müşahidə olunmaqdadır.
Arada, ayda 1-2 dəfə futbolla bağlı şikayətlərə zaman ayırlmaq pis olmazmı?
HƏBİB / SPORTİNFO.AZ

