Ölkə əhalisinin artım tempində azalma var - Görəsən, səbəb nədir?

08:00 Problem 67
Ölkə əhalisinin artım tempində azalma var - Görəsən, səbəb nədir?

Son illərdə ölkədə əhalinin artım tempində azalma müşahidə olunur.

Rəsmi statistikaya əsasən müstəqillik dövründən bəri ölkədə ən aşağı göstərici ötən il qeydə alınıb.

İlkin məlumatlara görə, ötən ilin ilk 10 ayında 80 min 802 uşaq dünyaya gəlib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ölkədə 102 min 310, 2023-cü ildə 112 min 620, 2022-ci ildə isə 122 min 846 uşaq anadan olub.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyir ki, son illərdə doğum səviyyəsinin azalması təkcə statistik göstərici deyil, həm də uzunmüddətli sosial və iqisadi risklər yaradan ciddi demoqrafik çağırışdır.

O hesab edir ki, bunun üçün kompleks və ardıcıl addımlar çox vacibdir.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı isə hesab edir ki, əhalinin artım tempində azalma ictimai və psixoloji amillərlə bağlıdır.

Sosioloq Üzeyir Şəfiyevun fikrincə, Azərbaycan ilk dəfədir bu göstəriciyə sahibdir. Bu baxımdan, bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə tətbiq olunan demoqrafik təşviq alətlərindən istifadə etmək mümkündür. Məşğulluğa dəstək proqramları, toy xərclərinin qarşılanması da belə təşviq alətlərindən sayılır.

Onu da qeyd edək ki, rəsmi statistikaya əsasən bu il anadan olacaq uşaqların təxminən 95 000-ə çatacağı proqnozlaşdırılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!