Azərbaycan çempionatında hələ heç kim hakimlər qədər oyununu tempini öldürməyib.
Təsəvvür edin, bu gün “Sabah” - “Araz Naxçıvan” matçında əvvəl VAR hakimi Rəvan Həmzəzadənin, sonra baş hakim Tural Qurbanovun çox da mürəkkəb olmayan bir epizoda baxması düz 5 dəqiqə çəkdi.
İndi adamın nəfəsi kəsilməsin, nəyləsin?
Bəs, bunlar üçün bir ətək pul töküb xaricə hazırlıq prosesi, seminar keçirmişdilər. Hanı o hazırlıq prosesinin, seminarların nəticəsi?
Bir hakimdə yekun qərar vermək üçün bu qədər inamsızlıq, cəsarətsizlik olarmı? Görərsən ki, başqa ölkələrdə VAR-a baxma uzağı 1 dəqiqə, ən çətin hallarda 2 dəqiqə çəkər.
Yoxsa hansı ölkənin liqasında, hansı avrokubok oyunlarında VAR-a görə 5 dəqiqə oyun dayanıb? Özü də guya Rəvan Həmzazadə təcrübəli hakimimiz, Tural Qurbanov isə yeni FİFA referimizdir.
Nə deyəsən?
Aydın Bağırov
(Feysbuk paylaşımı)

