Ağdamlı millət vəkilindən humanist yanaşma: “Neftçi”ni söymək lazım deyil”

20:40 Problem 224
Ağdamlı millət vəkilindən humanist yanaşma: “Neftçi”ni söymək lazım deyil”

Son günlər “Neftçi”ylə “Qarabağ” adı ətrafında davam edən mübahisə-müzakirələr səngimək bilmir.

Söhbət əzəli rəqiblərin arasında fevralın 21-də baş tutmalı olan oyunun təxirə salınmasından gedir.

“Qarabağ” Çempionlar Liqasında “Nyukasl”la iki çətin matçın olmasını, xüsusən də fevralın 24-də keçirilməsi nəzərdə tutulan səfər qarşılaşmasını əsas gətirərək oyunun başqa vaxta keçirilməsini xahiş etsə də, “Neftçi” müraciətə isti yanaşmayıb.

Nəticədə iki klubun azarkeşləri və sevənləri arasında sosial şəbəkələrdə qızğın müzakirələrə şahidlik etməkdəyik.

Mövzu ilə bağlı Azərbaycanın xalq artisti, tanınmış aktyor İlham Namiq Kamal saytımıza açıqlamasında “Neftçi”ni “ağ yuyub, qara sərmişdi”. Belə vəziyyətdə hər bir azərbaycanlının “Qarabağ”a dəstək verməli olduğunu bildirmişdi.

Bəs, qatı futbol azarkeşi, ürəyi “Qarabağ”la döyünən, ağdamlı millət vəkili Aqil Abbas iki klub arasında gərginləşən münasibət barədə nə düşünür? “Neftçi”nin qərarına münasibəti necədir?

Lovğa-lovğa gələn

Bu da Aqil bəyin Sportinfo.az-a verdiyi açıqlama:

“Neftçi” oyunun təxirə salınmasını istəmir?

Bu, “Neftçi”nin hüququdur. İstəyər, razılaşar, istəməz, razılaşmaz. Amma yaxşı iş deyil də.

“Qarabağ” bir həftə ərzində ardıcıl üç oyun keçirməlidir. “Nyukasl”, “Neftçi”, sonra yenə “Nyukasl”.

“Qarabağ” Almaniya komandası deyil, İngiltərə çempionatında oynamır. Azərbaycan çempionatının reallıqları ilə götürsək, arada böyük fərq var.

Mənə elə gəlir ki, Qurban Qurbanov “Neftçi”ylə matça ikinci heyəti buraxacaq və oyunu da elə quracaq ki, komanda uduzmayacaq.

“Neftçi”ni bu məsələdə dəstəkləmirəm. Deməyim odur ki, “Neftçi”nin hüququdur, istəyər, razılaşmaz, istəməz, özü bilər.

Görürəm iki camiə arasında müzakirələr gedir, bölünmə yaranıb. Buna görə “Neftçi”ni söymək lazım deyil. Bunu düzgün hesab etmirəm”.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində fevralın 18-də Bakıda “Nyukasl”la üz-üzə gəlməli, fevralın 21-də “Palms Sports Arena”da “Neftçi”nin qonağı olmalı, fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə “Nyukasl”la cavab matçı keçirməlidir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti