"Neftçi" - "Qarabağ" derbisi ertələnir... SON DƏQİQƏ

09:40 Problem 339
"Neftçi" - "Qarabağ" derbisi ertələnir... SON DƏQİQƏ

Premyer Liqanın 21-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" matçının təxirə salınması gündəmdədir.

Bunun gerçəkləşməsi ehtimalı olduqca yüksəkdir.“

Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün "Neftçi" ilə matçın təxirə salınması istəmiş, bununla bağlı PFL-ə müraciət etmişdi.

PFL isə öz növbəsində razılıq üçün “Neftçi”yə müraciət etsə də, bakılılar Ağdam təmsilçisinin təklifi ilə razılaşmamışdı. Sözügedən məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

“Qarabağ”ın bu oyunu təxirə salmaq istəyi komandanın bu aykı ağır qrafiki ilə bağlıdır.

Azərbaycan derbisi fevralın 21-nə nəzərdə tutulub. İş ondadır ki, «köhlən atlar»ın “Neftçi” ilə matçdan 3 gün əvvəl və 3 gün sonra “Nyukasl”la Çempionlar Liqasında ev və səfər oyunları var.

Məsələ artıq yüksək səviyyədə müzakirəyə çıxarılıb. «Qarabağ» tərəfi müxtəlif vasitələrlə üst dairələri problemdən xəbərdar edib.

İşə indi onlar qarışıb. «Neftçi» tərəfinə müvafiq mesaj ötürülüb.

Bildirilib ki, Çempionlar Liqasının əhəmiyyəti nəzərə alınaraq, vaxt baxımından «Qarabağ»a güzəştə getmələri məsləhətdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti