Qurban Qurbanovun xahişi, “Neftçi”nin imtinası

01:20 Problem 110
Qurban Qurbanovun xahişi, “Neftçi”nin imtinası

Xəbər verildiyi kimi, “Neftçi” fevralın 21-də “Qarabağ”la keçirəcəyi oyunun ertələnməsi üçün Ağdam klubunun müraciətinə “yox” cavabı verib.

“Ağ-qaralar”ın imtina qərarı ciddi qınaq obyektinə tuş gəlib.

Qurban Qurbanov fevralın 24-də Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl” kimi güclü rəqiblə qarşılaşacağı səbəbindən keçmiş klubuna müraciət edib.

Bu da heç şübhəsiz ki, Qurban Hocanın Azərbaycan futbolunu bir daha ən yüksək səviyyədə təmsil etmək istəyindən doğub.

Amma etiraf edək ki, Bakı klubunun arqumentləri də ilk baxışdan məntiqli görünür: mövsümün həlledici mərhələsi, əvvəlcədən planlaşdırılmış hazırlıq prosesi və qarşıya qoyulan hədəflər...

Amma bu arqumentlər Avropada Azərbaycanı təmsil edən klubun maraqları ilə üz-üzə gələndə suallar yaranır. Çünki “Qarabağ” bu mərhələdə təkcə öz adına yox, bütövlükdə Azərbaycan futbolunun adına meydana çıxacaq.

Məhz bu nöqtədə müzakirə dərinləşir: klublar yalnız öz idman maraqlarını düşünməlidirmi, yoxsa milli futbolun beynəlxalq arenadakı taleyi daha üstün tutulmalıdır?

Hüquqi haqlılıq hər zaman mənəvi haqlılıq anlamına gəlirmi?Azərbaycan futbolunda həmrəylik anlayışı harada başlayır və harada bitir?

Bu sualların cavabı bir oyunun taleyindən daha böyük məna daşıyır. Çünki bu qərar Azərbaycan futbolunun Avropa yoluna, klublar arasında münasibətlərə və milli maraq anlayışına baxışımızın göstəricisidir (musavat.com).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!