Bu rayonda stadion tamamilə yararsız vəziyyətə düşdü - VİDEO

01:50 Problem 65
Bu rayonda stadion tamamilə yararsız vəziyyətə düşdü - VİDEO

Yardımlı rayon Mərkəzi stadionunun mövcud durumu sakinlərin narazılığına səbəb olub.

Sportinfo.az xəbər verir ki, arena uzun müddətdir baxımsız qaldığından oturacaqlar tamamilə sıradan çıxıb və ya mövcud deyil.

Tribunalar ot və alaqla örtülüb, ərazi yararsız vəziyyətə düşüb.

Sakinlərin sözlərinə görə, bu vəziyyət stadiondan həm idman tədbirləri, həm də kütləvi yığıncaqlar üçün istifadəni mümkünsüz edir.

Rayon ərazisində gənclərin və idmanla məşğul olmaq istəyənlərin əsas məkanlarından biri olan arenanın bu halda qalması ciddi problem kimi qiymətləndirilir.

Sakinlər aidiyyəti qurumlardan stadionun təmir olunmasını və yenidən istifadəyə verilməsini tələb edirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 18:50 Çək və bizə göndər!
5 Fevral 04:30 "Neftçi" buna sevindi