İki aydan sonra pul həsrət bitdi, hamısı aldı - NƏHAYƏT Kİ!

5 Fevral 09:20 Problem 883
İki aydan sonra pul həsrət bitdi, hamısı aldı - NƏHAYƏT Kİ!

Azərbaycan çempionatının iştirakçıları, nəhayət ki, sevindirilib.

AFFA 2 aydır gözü yolda qalan klubların pulunu köçürüb.

Bura Premyer Liqa, I Liqa, II Liqa və Region Liqasının təmsilçiləri daxildir. Onlar artıq dekabr ayının yardım paketini alıblar.

Ölkə çempionatına qatılanlara 2021-ci ildən etibarən maliyyə dəstəyi verilir. Ödənilən məbləğ statusa uyğun bölüşdürülür.

Məsələn, Premyer Liqada mübarizə aparanların illik ianəsi 2,5 milyon manat təşkil edir. I Liqada bu rəqəm 300 min manatdır.

II Liqada qüvvəsini sınayanların aldığı məbləğ 58 min manatdır. Region Liqasında yarışanlar isə hər ay 1200 manat alır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!