"Neftçi" bu təklifi qəbul etmədi - "Qarabağ" ŞOKda!

16:20 Problem 333
"Neftçi" bu təklifi qəbul etmədi - "Qarabağ" ŞOKda!

"Neftçi" Misli Premyer Liqasının XXI turunda "Qarabağ"la ev oyununun təxirə salınması təklifini qəbul etməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə oxu.az-a "Qarabağ"ın mətbuat xidmətindən məlumat verilib.

"Komandamız tərəfindən Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl Yunayted"lə keçiriləcək oyun ərəfəsində, Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində fevralın 21-də keçirilməsi nəzərdə tutulan "Neftçi" - "Qarabağ" qarşılaşmasının təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət olunmuşdu.

Lakin "Neftçi"nin etirazı nəzərə alınaraq, sözügedən müraciət qəbul edilməyib", - deyə məlumatda qeyd olunub.

Beləliklə, 21 fevral saat 19:00-da "Palms Sports Arena"da matça çıxacaq "Qarabağ" klubu bir gün sonra "Nyukasl Yunayted"lə oyun üçün İngiltərə səfərinə yollanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti