Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları iki nəfər üçün tamaşa meydanı olacaq.
Cəzalı durumda olan iki məşqçi texniki zonaya buraxılmayacaq.
Bunlar “Qarabağ”da Qurban Qurbanovun köməkçisi Müşfiq Hüseynov və “Zirə”də Rəşad Sadıqovun “sağ əli” sayılan Vüqar Məmməddir.
Hər iki mütəxəssis öncəki oyunlarda aldıqları qırmızı vərəqənin bədəlini ödəmək məcburiyyətində qalıb.
Səkkiz komandanın baş məşqçilərinin üzünü güldürən məqam futbolçulardan heç birinin cəzalı duruma düşməməsidir.
Fevralın 4-də “Sumqayıt” – “Zirə”, “Sabah” – “Qəbələ”, bir gün sonra “Şamaxı” – “Qarabağ”, “Turan Tovuz” – “Kəpəz” görüşləri baş tutacaq.
Cavab oyunları martın birinci həftəsində keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

