Onları xərçəng xəstəliyi tutmur

07:30 Problem 99
Onları xərçəng xəstəliyi tutmur

Professor Yevgeni İmyanitov uzunömürlü insanlarda xərçəngə niyə daha az rast gəlindiyini izah edib.

Həkim xərçəngin əsas səbəbinin həyat tərzi olduğunu bildirib.

"Bu gün xərçəng hallarının 5%-i irsi şiş sindromları kimi təsnif edilir. Bu, mənim ixtisasımdır və mən bu barədə əminliklə danışa bilərəm. Əksər şişlər irsi deyil.

Təəssüf ki, burada həyat tərzi rol oynayır. Onu da qeyd edim ki, tamamilə sağlam həyat tərzi sürmək, əfsuslar olsun ki, əksər hallarda arzu olaraq qalır", - deyə ekspert bildirib.

Həkim qeyd edib ki, xərçəngə genetik meylliliyi olmayan şəxs sağlam həyat tərzi sürmürsə, bu xəstəliyə tutulma ehtimalı var. Ancaq həm genetik baxımdan şanslı, həm də sağlam həyat tərzi sürənlər uzunömürlü olurlar, xərçəng də onlardan adətən yan keçir.

"Lakin diaqnoz hər şey deyil. Məsələn, 80 yaşına qədər yaşayan hər bir kişi prostat biopsiyası etdirsəydi, müasir tibbi baxımdan prostat xərçəngi morfoloji cəhətdən aşkarlanardı.

Lakin əksər hallarda heç bir simptom göstərmir. Yüz yaşa çatanların çoxunda xərçəng əlamətləri müşahidə edilmir", - deyə professor diqqətə çatdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Fevral 20:00 Çək və bizə göndər!