Premyer Liqada BİABIRÇILIQ – 4 komanda çimməyə su tapmadı!

1 Fevral 22:30 Problem 303
Premyer Liqada BİABIRÇILIQ – 4 komanda çimməyə su tapmadı!

“Kəpəz” – “Şamaxı” görüşündən sonra inzibati binanın dəhlizində qəribə ab-hava yaşanırdı.

Nominal meydan sahiblərinin üzgünlüyünü başa düşmək olardı. 0:2 hesablı məğlubiyyət keflərinə “soğan doğramışdı”.

“Şamaxı”nın futbolçularındakı məyusluğu isə əvvəl yorğunluqla əlaqələndirməyə çalışdım. Lakin bir nəfərin telefon danışığına qulaq yoldaşı olandan sonra...

Sən demə, meydandan tərli çıxan komanda üzvləri yuyunmaq üçün su tapa bilməyib. Nəinki isti, heç isti su da olmayıb. Yerli futbolçular bir tərəfə, vəziyyəti legionerlərə başa salmaq müşkülə çevrilib.

Necə deyəsən ki, Premyer Liqanı qəbul edən stadionda su yoxdur. Adama gülməzlər? Çempionatı ələ salmazlar?

Xülasə, klub rəsmilərinin əl-ayağa düşüb, əlaqədar şəxslərlə əlaqə saxlamaları belə, vəziyyəti dəyişmədi. Nəticədə hər iki komandanın futbolçuları stadionu hamam üzü görmədən, tərli və qoxulu tərk etdi.

Məlum oldu ki, eyni hal bir gün əvvəl də yaşanıb.

“Karvan-Yevlax” – “Sumqayıt” qarşılaşmasından sonra qonaq komandanın üzvləri də üzləşdikləri durumla bağlı etiraz səsini ucaldıb. Lakin səslərinə səs verən tapılmayıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Fevral 20:00 Çək və bizə göndər!