Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun "Qarabağ"la oyununda zədələnən Ceremi Frimponqun durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, "Liverpul"un müdafiəçisinin ayaq əzələssində 3-cü dərəcəli yırtıq aşkarlanıb.
Bu barədə İngiltərə mətbuatı möəlumat yayıb.
Matçın 4-cü dəqiqəsində zədələnən niderlandlı futbolçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
"Liverpul" Ceremi Frimponqu mövsümün əvvəlində "Bayer"dən 40 milyon avroya transfer edib.
25 yaşlı sağ cinah müdafiəçisi Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

