6 əcnəbi, 1 azərbaycanlı - Premyer Liqada cəzalananların siyahısı

13:20 Problem 131
6 əcnəbi, 1 azərbaycanlı - Premyer Liqada cəzalananların siyahısı

Premyer Liqanın 18-ci turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq oyunları 7 nəfər kənardan izləyəcək.

Bunlardan 5-i futbolçu, 2-ci məşqçidir.

Söhbət “Sumqayıt”ın müdafiəçisi Pedro Pintudan, “Araz-Naxçıvan”ın arxa xətt oyunçusu Bəxtiyar Həsənalızadədən, “Turan Tovuz”un legioneri Xorxe Silvadan, “İmişli”nin afrikalıları Ezekiel Morqanla Yov Mosesdən, eləcə də “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze və “Sabah”da Valdas Dambrauskasın köməkçisi olan Valerio Zuddasdan gedir.

Adları çəkilənlərin hər biri cəzalı duruma düşdüyü üçün növbəti turda kənarda qalacaqlar.

Yanvarın 30-da “Karvan-Yevlax” – “Sumqayıt”, “Qəbələ” – “İmişli”, ertəsi “Kəpəz” – “Şamaxı”, “Zirə” – “Sabah”, fevralın ilk günündə “Araz-Naxçıvan” – “Neftçi” və “Qarabağ” – “Turan Tovuz” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”