Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda keçirilən “Qarabağ” – “Ayntraxt” (3:2) oyununda VAR sisteminin işləməməsi gündəm olub.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın startında yaşanan gecikməyə səbəb kimi VAR-da yaranan problem göstərilib.
Klubdan saytımıza verilən açıqlamada isə heç bir çətinlik olmadığı deyilib: “Qarşılaşmanın əvvəlində VAR və hakim arasındakı əlaqədə çətinlik olub, yəni rabitə problemi yaşanıb.
Daha sonra bu problem aradan qaldırılıb. Oyunboyu isə VAR-la bağlı heç bir çətinlik yaşanmayıb”.

