Premyer Liqada 17 tur geridə qalıb və iki komanda xaric, digərləri 17 oyunda meydana çıxıb.
“Qəbələ”ylə “Turan Tovuz”un say baxımından əskikliyi var.
Ötən ilin dekabrın 8-də, yəni 14-cü tur çərçivəsində keçirilməli olan qarşılaşma qarlı hava şəraiti səbəbindən ilk hissənin gedişində yarımçıq dayandırılmışdı.
Qısa müddətdə çətinliyi aradan qaldırmaq mümkün olmadığından, məlum görüş təxirə salınmışdı.
Həmin gündən bu yana az qala 2 ay vaxt keçib, 3 tur geridə qalıb. Lakin Premyer Liqanın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqası hələ də oyunun keçirilmə tarixini açıqlamayıb.
Hazırda bu yöndə iş gedir. Təqvim sıx olduğundan, PFL rəsmiləri tqarşılaşmanı ər iki komandaya uyğun vaxta təyin etmək istəyir. Ki, tərəflərdən hansısa biri narazı qalmasın.
Ən qısa zamanda bu barədə ictimaiyyətə məlumat veriləcək. Götür-qoy prosesi gələn həftəyə qədər başa çatacaq. Fevralın ilk günlərində “Qəbələ” – “Turan Tovuz” görüşünün tarixi və başlama saatı haqda anons veriləcək.
HƏBİB / SPORTİNFO.AZ

