Azərbaycan klubu ilə bağlı mərc qoyuluşu dayandırıldı

11:20 Problem 211
Azərbaycan klubu ilə bağlı mərc qoyuluşu dayandırıldı

Bukmekerlər “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksələcəyinə şübhə etmirlər.

Sportinfo.az xəbər verir ki, bu səbəbdən Azərbaycan çempionunun ilk “24-lüy”ə düşməsi ilə bağlı mərc qoyuluşu dayandırılıb.

Bu da analitiklərin “Qarabağ”ın Liqa mərhələsini keçəcəyinə olan inamını göstərir.

Ağdam təmsilçisi son tur öncəsi 10 xalla 18-ci pillədə qərarlaşır. Komandamızın “24-lük”dən kənarda qalması üçün aşağı pillələrdəki rəqiblərin oyunlarında eyni anda bir neçə nadir və az ehtimallı nəticənin üst-üstə düşməsi tələb olunur.

“Qarabağ”ın pley-offdan kənarda qalmaq ehtimalı da qiymətləndirilib. Belə ki, bukmekerlər Qurban Qurbanovun yetirmələrinin “24-lük”dən kənarda qalmaq şansını 130,0 əmsala bərabər hesab edir.

“Qarabağ” Liqa mərhələsində son oyununu sabah səfərdə “Liverpul”a qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 18:10 Çək və bizə göndər!