Kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanacaq

08:10 Problem 51
Kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanacaq

Azərbaycanda kredit götürən şəxslərin məşğulluğunu itirməsi hallarından sığortalanması üzərində iş aparılır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) təşkilatçılığı ilə Bakıda keçirilən “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusunda tədbirdə bildirib.

“Bildiyiniz kimi borcalanların həyatının, ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası tətbiq olunur. AMB bununla əlaqədar qaydalar qəbul edib və bu sığorta məhsulu uğurla tətbiq edilməkdədir. Eyni zamanda kredit götürən şəxslərin işsiz qalmaqdan sığortalanması üzərində iş gedir. Bu məhsulun parametrləri müəyyən edilir, qaydalar hazırlanır. Yəqin ki, yaxın aylarda bu məhsulla bağlı yenilikləri görə biləcəyik. Bu proses biznes kreditlərinin əhatə olunması üzrə davam edəcək”, – deyə o qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"
30 Noyabr 20:00 Çək və bizə göndər!