Klub rəhbərliyi bu hərəkəti ilə gündəm olan futbolçunu bağışlamadı - VİDEO

09:40 Problem 178
Klub rəhbərliyi bu hərəkəti ilə gündəm olan futbolçunu bağışlamadı - VİDEO

“Karvan“ rəhbərliyi Vüsal Məsimova sərt üzünü göstərib.

Yarımmüdafiəçi böyük miqdarda cərimələnib.

Buna səbəb Premyer Liqanın 12-ci turunda yaşanan hadisədir. Belə ki, o, “Kəpəz”la matçda (1:2) əvəzlənməsinə etiraz edib.

26-cı dəqiqədə yevlaxlıların baş məşqçisi Azər Həşimov Vüsal Məsimovu Əli Abdullayevlə dəyişmək qərarına gəlib. Protokol dördüncü hakimə təqdim olunduqdan sonra Abdullayev Vüqar Həsənliyə yaxınlaşıb.

Hakim əvəzermə fasiləsi verən anda Məsimov meydanı tərk etmək fikrində olmadığını deyib.

Komanda yoldaşları Vüsalı dilə tutmağa çalışıb. Lakin o, fikrindən dönməyib. Nəticədə əvəzetmə ləğv olunub.

Mingəçevirli orta sahə oyunçusu fasilədə də eyni addımı atıb. Paltardəyişmə otağında məşqçilərin üzünə bozarıb, sonadək meydanda qalacağını deyib və dediyini də edib.

Ona «səhv eləyirsən» söyləyən Zaur Hacıyevə artıq-əskik cavab verib, vəziyyəti bir qədər də gərginləşdirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!