"Bunun səbəbləri araşdırılır" - Hakimlər Komitəsinin yeni sədri

08:50 Problem 77
"Bunun səbəbləri araşdırılır" - Hakimlər Komitəsinin yeni sədri

AFFA Hakimlər Komitəsinin sədri təyin olunan Rəhim Həsənovun fikrincə Premyer Liqada bir neçə tur referilərin idarəçiliyində stabillik olmayıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə "report"a açıqlama verib.

R.Həsənov təyinatı ilə bağlı AFFA rəhbərliyinə təşəkkür edib:

"Bilirik ki, çempionatın ən çətin dönəmində bu yükün altına giririk. Amma Hakimlər Komitəsi olaraq əlimizdən gələni edəcəyik ki, qısa zamanda referiləri toplayıb oyunlara hazırlayaraq. Bir neçə turda hakim idarəçiliyi stabil olmayıb. Bunun səbəbləri araşdırılır. İlkin versiya onların psixoloji hazır olmamasıdır. Bunun aradan qaldırılması üçün hər referi ilə fərdi görüş keçiriləcək və müzakirələr aparılacaq".

Sədr hazırda Komitə daxilində ciddi dəyişiklərin gözlənilmədiyini də vurğulayıb:

"Amma yeniliklərə ehtiyac var və zaman ilə bu məlumatlar sizlərə çatdırılacaq. Gənc, yeni referiləri siyahıya əlavə etmək istəyirik. Amma hazırda hakim resurslarımız o qədər də zəngin deyil. Bu istiqamətdə çalışmağımıza ehtiyac var. Hakimlərimə inanıram və ümid edirəm ki, qarşıdan gələn oyunlara daha ciddi hazırlaşacaqlar və bacarıqlarını nümayiş etdirəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!