Premyer Liqanın dörd futbolçusu həftənin “QARA SİYAHI”sında

27 Noyabr 2025 19:40 Problem 648
Premyer Liqanın dörd futbolçusu həftənin “QARA SİYAHI”sında

Premyer Liqanın 13-cü turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq oyunlarda dörd futbolçu iştirak edə bilməyəcək.

Bunlar “Kəpəz”in qapıçısı Məmməd Hüseynov, “Sumqayıt”ın müdafiəçisi Rayan Senhadji, “Zirə”nin kapitanı Qismət Alıyev və “Karvan"ın yarımmüdafiəçisi Vadim Abdullayevdir.

Adları çəkilənlərdən ilk iki nəfər qırmızı vərəqəyə görə cəzalı duruma düşübsə, Alıyevlə Abdullayev sarı vərəqə limitini doldurub.

Noyabrın 28-də “Kəpəz” – “Zirə”, “Turan Tovuz” – “Neftçi”, ertəsi “İmişli” – “Sabah”, “Qarabağ” – “Karvan-Yevlax”, noyabrın 30-da “Şamaxı” – “Sumqayıt”, “Qəbələ” – “Araz-Naxçıvan” matçları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0