Premyer Liqaya qayıdan klub baş məşqçisi haqda qərar verəcək - Tezliklə...

00:00 Problem 85
Premyer Liqaya qayıdan klub baş məşqçisi haqda qərar verəcək - Tezliklə...

“Lids”in baş məşqçisi Daniel Farkenin klubdakı gələcəyi təhlükə altındadır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Indykaila News” məlumat yayıb.

Yaxın günlərdə İngiltərə klubunun rəhbərliyi ilə görüş keçiriləcək və Farkenin gələcəyi barədə qərar veriləcək.

Uzun müddətdir Farkenin istefaya göndərilə biləcəyi ilə bağlı şayiələr dolaşırdı, ancaq indi o, buna daha çox yaxındır.

“Lids” Çempionşipdən Premyer Liqaya qayıtdıqdan sonra ilk mövsümünü keçirir və 12 turdan sonra turnir cədvəlinin 18-ci pilləsindədir.

Yəni, düşmə zonasındadır. Komanda bu müddətdə yalnız 11 xal toplaya bilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!