“Hər həftə uduzuruq, hirslənməyib nə etsinlər?” – Səs-küylü oyunun adamı

21:20 Problem 287
“Hər həftə uduzuruq, hirslənməyib nə etsinlər?” – Səs-küylü oyunun adamı

“Karvan Yevlax”ın “Kəpəz”ə məğlubiyyəti tribunalarda şimşək effekti verdi.

Sin dəqiqətlərə qədər sevimli komandalarının məğlubiyyətdən xilas olacağını düşünən yevlaxlı fanatlar sonda əsəblərinə hakim ola bilmədilər.

Öncə meydana plastik su qabları atıldı, daha sonra klub rəhbərliyi və futbolçular tənqid olundu, yekunda hakimlər hədəf seçildi.

Həmin 5 dəqiqə aralığında stadionda yaşananlar bizi 90-cı illərə qaytardı.

Sportinfo.az-a açıqlama verən “Karvan Yevlax”ın İngiltərədən olan legioneri Şakil Sno fanatların hərəkətinə münasibət bildirib:

“Azərbaycan dilində bilmirəm deyə, nə dediklərini anlamırdım. Su qablarını da açığı, görmədim. İstənilən halda, bu, çıxış yolu deyil. Çıxış yolunu birlikdə tapmalıyıq.

Ancaq onları da anlamaq lazımdır. “Karvan”a ürəklərini verirlər, sevirlər, qələbə gözləyirlər və əsas rəqiblə matçda onların qarşısında məğlub oluruq.

Hər həftə uduzuruq. Hirslənməyib, nə etsinlər? Söz verirəm ki, bu vəziyyətdən çıxacağıq. Belə davam etməyəcək”.

Əsas rəqiblərindən birinə məğlubiyyətdən sonra “Karvan Yevlax” sonuncu pilləyə yuvarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...