Azərbaycanın ən böyük stadionu problem içində - Nə vaxt düzələcək?

22 Noyabr 2025 02:00 Problem 1 932
Azərbaycanın ən böyük stadionu problem içində - Nə vaxt düzələcək?

Bakı Olimpiya Stadionun əsas meydançası yararsız vəziyyətə düşüb.

Sportinfo.az xəbər verir ki, ölkənin ən böyük arenasının futbol matçının keçirilməməsi səviyyəsinə düşməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

əsələ ilə bağlı BOS-dan teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, mərkəzi arenanın ot örtüyünün bərpasına gələn il başlanılacaq:

"Bakı Olimpiya Stadionu ərazisində üç təbii ot örtüklü ehtiyat meydança və bir mərkəzi arena mövcuddur.

Hazırda üç ehtiyat meydança klublarımız tərəfindən istifadə olunur, mərkəzi arena isə gələn ilin may ayında baş tutacaq WUF13 tədbirindən sonra yenidən təmir ediləcək.

Sözügedən tədbir ilə bağlı hazırlıq işlərinə bir müddətdir start verilib.

Növbəti aydan tikinti işlərinin başlanması planlaşdırılır. BOS hər zaman böyük tədbirlərə ev sahibliyi edib və minlərlə insanı bura toplayıb. Bu ənənə növbəti illərdə də davam edəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0