Klublar səhlənkarlıq etdi, milyonlarla manat ortalıqda qaldı

18:00 Problem 207
Klublar səhlənkarlıq etdi, milyonlarla manat ortalıqda qaldı

Azərbaycan çempionatında çıxış edən klubların pul problemi ənənə halını alıb.

Premyer Liqa, I Liqa və II Liqa təmsilçilərinin «kisə»si tamamilə boşalıb.

AFFA tərəfindən ödənilməli olan oktyabr ayının yardım paketi hələ də onların bank hesabına köçürülməyib.

Ölkəmizdə yeni mövsüm avqustda başlayıb. Həmin tarixdən bu problem baş qaldırıb. Ötən ayların heç birində dotasiyalar vaxtlı-vaxtında həyata keçirilməyib.

Budəfəki gecikmə nə Futbol İnkişaf Fondu, nə də SOCAR-da aparılan auditlə bağlıdır.

Səbəb Premyer Liqa və I Liqada yarışan bəzi klubların maliyyə hesabatlarını fedarasiyaya təqdim etməməsidir. Odur ki, oktyabr ayının pulunu almaq üçün üzümüzə gələn həftənin ikinci yarısını gözləmək zərurəti yaranıb.

AFFA 2022-ci ildən bəri klublara aylıq ödəmə edir. Məbləğ yarışın statusuna görə dəyişir.

Premyer Liqa mənsubları 2,5 milyon manat alırsa, I Liqada qüvvəsini sınayanlara 30 min manat çatır. II Liqada mübarizə aparanlara verilən məbləğ isə 5800 manat təşkil edir.

Federasiya, adətən, hər ayın ilk 15 günü ərzində klubların bank hesabını vəsaitlə «doldurur». Öncəki mövsümlərdə ödəmə paketinin bir neçə dəfə gecikmə halına rast gəlinib, belə yubanma isə ilkdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”