“​Vətəndaş pensiyaya çıxmamış ölübsə, pul vərəsələrə verilsin”

21 Noyabr 2025 07:30 Problem 529
“​Vətəndaş pensiyaya çıxmamış ölübsə, pul vərəsələrə verilsin”

Milli Məclisdə vəfat edən şəxsin pensiya kapitalının vərəsələrə verilməsi məsələsi müzakirə olunub.

Bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.

“Elə şərait yaratmaq lazımdır ki, pensiyaya çıxmağa bir qədər qalmış müddətdə insanlar pensiya kapitalından istifadə etsinlər. Vətəndaş pensiyaya çıxan zaman və ya çıxmamışdan dünyasını dəyişibsə, onun pensiya kapitalının vərəsələrə verilməsi istiqamətində qanunvericiliyə dəyişiklik edilməsini vacib hesab edirəm”, - deputat bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0