“Ərzağın qiymətinin qalxması böyük problemlər yaradır”

20 Noyabr 2025 08:00 Problem 466
“Ərzağın qiymətinin qalxması böyük problemlər yaradır”

“Azərbaycan əhalisinin əməkhaqqısının 2500 manatdan yuxarı olan hissəsi əhalinin 5,5 faizini əhatə edir”.

Bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

“1,5 milyon nəfər 2500 manatdan aşağı maaş alır. Bu da aztəminatlı insanların sayının əhəmiyyətli dərəcədə olduğunu göstərir. Sosial xərclər o səviyyədə dəqiq xərclənməlidir ki, yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanınmasın. Ərzaq məhsullarının qiymətinin qalxması böyük problemlər yaradır. Azərbaycanda əhalinin 36%-nin kənd təsərrüfatında çalışması qeyd olunsa da, onların ÜMD-də payı 6 faizdir. Bu, istənilən Avropa ölkəsi ilə müqayisədə çox aşağı çəkiyə malikdir”, - deputat bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0