“Əlbəttə, hər bir insan doğmaları üçün darıxır, yaxşı ki, texnologiya inkişaf edib”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Karvan-Yevlax”ın hücumçusu Coy-Slayd Mikels deyib.
Mikels qardaşları eyni peşəkar liqada çıxış edən üç futbolçu qardaş kimi adlarını Azərbaycan futbol tarixinə yazdırmağı bacarıb (bəlkə də dünya futbolunda da ilkdir – H.). İndiyə qədər ölkə futbolunda belə hal yaşanmamışdı.
Lakin heç də bir-birinə yaxın deyillər. Leroy Mikelslə (“Zirə”) Coy-Lens Mikels (“Sabah”) paytaxt klublarının şərəfini qoruyursa, Cot-Slayd bölgə təmsilçisinin (“Karvan-Yevlax”) uğurları üçün tər tökür.
“Sabah”dakı Mikelsin əkiz qardaşı olan “Karvan-Yevlax”ın almaniyalə forvardı qardaşlarından uzaq qalması ilə bağlı bunları söyləyib:
“Vatsap” qrupumuz var, orada yazışırıq, görüntülü danışırıq. Səfər oyunları zamanı ayda 1-2 dəfə Bakıya getmək imkanım olanda görüşürük, gəzirik, xoş vaxt keçiririk.
Sağ olsunlar, məni darıxmağa qoymurlar (gülür). Həm də Azərbaycana gələnə qədər də bir-birimizdən uzaqda idik.
Peşəkar futbolçularıq, öz işimizi görürük. Birlikdə çox vaxt keçirmək üçün vaxtımız çox olacaq”.
HƏBİB

