Şəkər xəstəliyinə qalib gəlməyin çarəsi tapıldı

14 Noyabr 07:30 Problem 459
Şəkər xəstəliyinə qalib gəlməyin çarəsi tapıldı

Alimlər iynəyarpaqlarda, bitkilərdə və efir yağlarında olan təbii komponentlər əsasında yeni bir birləşmə hazırlayıblar.

Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin N.N. Vorojtsov adına Novosibirsk üzvi kimya institutunun mütəxəssisləri tərəfindən hazırlanmış bu birləşmə metabolik sindrom və əlaqəli 2-ci tip diabetlə mübarizə aparmaq məqsədi daşıyır.

Genetik modifikasiya olunmuş siçanlarda dərmanın istifadəsi ilə bağlı aparılan araşdırmalar göstərib ki, onun istifadəsi gəmiricilərin orqanizmində qan şəkərini və xolesterol səviyyəsini qaraciyərə mənfi təsir göstərmədən azaldır. Dərmanın təsirləri kümülatif olub.

Digər Xəbərlər
Xəbər Lenti