Əsgər getməkdən yayınanları neçə il HƏBS GÖZLƏYİR?

07:20 Problem 113
Əsgər getməkdən yayınanları neçə il HƏBS GÖZLƏYİR?

Bu gün təqdim etdiyimiz mövzu hərbi xidmət keçməkdən boyun qaçırmaya görə nəzərdə tutulan məsuliyyətlə bağlıdır.

Bununla bağlı Cinayət Məcəlləsinin 321-ci maddəsində bəhs olunur.

Məcəlləyə görə,qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma—iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər müharibə vaxtı törədildikdə —üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Məlumat üçün onu da qeyd edək ki,2020-ci ildə torpaqlarımızın işğaldan azad olunduğu dönəmdə Azərbaycan Ordusundə fərarilik faktı qeydə alınmamışdı.Bu fakt Ermənistan tərəfində yüzlərlə idi (oxu24.az).

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!