Almaniya II Bundesliqasında “Kayzerslautern”in formasını geyinən Mahir Emreli “Herta” ilə qarşılaşmada ağır zədələnib.
Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, hücumçunun zədəsi ciddidir və 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Emreli meydana 63-cü dəqiqədə, rəqib hesab açdıqdan sonra daxil olub.
Bu, Mahirin avqustun sonunda keçirilən üçüncü tur matçından bəri klubda ilk oyunu olub. O, 77-ci dədiqədə zədələndikdən sonra 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib.
“Kayzerslautern” hazırda 20 xalla 7-ci yerdədir.

