Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin xəsarət almasından xəbərdarsız.
“Kayzerslautern”in forvardı Almaniya II Bundesliqasında 12-ci turunda "Herta" ilə görüşün (0:1) iştirakçısı olub.
Son 9 turda meydana çıxmayan Emreli 63-cü dəqiqədə meydana çıxsa da, 77-ci dəqiqədə zədələnərək Riçmond Taçi ilə əvəzlənib.
O, meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.
28 yaşlı ön xətt oyunçusunun Azərbaycan millisinin dünən açıqlanan heyətində də yer almaması onun zədəsinin ciddi olmasından xəbər verir.
Onun zədə aldığı yer qasıq nahiyyəsidir. Bu xəsarətə isə əsasən oyun praktikasının azlığından əziyyət çəkən futbolçularda rast gəlinir. Emreli ən azı 1 ay yaşıl sahələrdən kənar qalacaq.
Mahir Emreli uzun müddətdir klubunda oynamasa da, millinin son toplanışına cəlb edilmiş və Fransa ilə oyunda iştirak etmişdi.
Yığmamız noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Komandamız noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adəna Respublika Stadionunda Fransa ilə qarşılaşacaq.
SPORTİNFO.AZ

