1 yerli, 4 legioner – Premyer Liqanın qapıları onların üzünə bağlandı

6 Noyabr 22:20 Problem 242
1 yerli, 4 legioner – Premyer Liqanın qapıları onların üzünə bağlandı

Premyer Liqanın 11-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq oyunlarda dörd futbolçu iştirak edə bilməyəcək.

Bunlar “Şamaxı”nın hücumçusu Abdullahi Şuaybu, yarımmüdafiəçisi Alfons Msanqa, “Kəpəz”in qapıçısı Məmməd Hüseynov, müdafiəçisi Dioqo Verdaşka və “Sumqayıt”ın serbiyalısı yarımmüdafiəçisi Aleksa Yankoviçdir.

Adları çəkilənlərdən ilk ikisi öncəki turlarda aldıqları qırmızı vərəqələrin cəzasını çəkir. Digər üç nəfər isə sarı vərəqə limitini doldurub.

Noyabrın 7-də “Şamaxı” – “İmişli”, “Qəbələ” – “Sumqayıt”, ertəsi “Araz-Naxçıvan” – “Karvan-Yevlax”, “Zirə” – “Turan Tovuz”, noyabrın 9-da “Kəpəz” – “Sabah”, “Qarabağ” – “Neftçi” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!