Turnir cədvəlinə baxanda Premyer Liqada qalmaq uğrunda mübarizənin “Karvan-Yevlax”, “Qəbələ” və “Kəpəz” arasında gedəcəyini təxmin etmək mümkündür.
Ilk ikisi 5 xalla 10-11-ci pillələri bölüşürsə, aktivində cəmi 1 qələbə olan Gəncə təmsilçisi sonuncudur.
“İmişli” ilə “Şamaxı”nın çox uzaqda olmadığını və maliyyə imkanlarını nəzərə alsaq, bu iki bölgə təmsilçisinin də eyni hədəf uğrunda mübarizə aparacağını ehtimal etmək mümkündür.
“Karvan-Yevlax”ın hücumçusu Coy-Slayd Mikels fərqli düşüncədədir. O, elitada qalmaq uğrunda 3 kollektivin yarışacağını düşünür.
Almaniyalı bu barədə Sportinfo.az-a danışıb:
“Göstərdikləri oyuna və topladığı xallara baxsaq, “İmişli” ilə “Şamaxı”nın bizdən uzaqda olduğunu düşünürəm
. Fikrimcə, elitada qalmaq uğrunda “Qəbələ”, “Kəpəz” və biz mübarizə aparacağıq. Hansı komanda Premyer Liqa ilə vidalaşacaq?
Onu dəqiq bilmirəm. Bildiyim odur ki, “Karvan-Yevlax” elitada qalacaq.
Bu cür davam etsək, kiçik nöqsanları aradan qaldırsaq, istəyimizə çatacağıq”.
HƏBİB

