“Qiyməti 10 manatdır, 50-dən aşağı satan yoxdur” - VİDEO

5 Noyabr 08:40 Problem 519
“Qiyməti 10 manatdır, 50-dən aşağı satan yoxdur” - VİDEO

Məlum olduğu kimi, Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun biletləri satışa çıxarıldığı an bir neçə saniyə ərzində satılıb.

Sportinfo.az xəbər verir ki, sözügedən problemdən sonra biletlər “qara bazar”da 2-3 dəfə baha qiymətə təklif olunur:

“10 manatlıq bileti 35 manata satırlar. Oyun müddəti yaxınlaşdıqca qiymətlər daha da qalxır. İndi 10 manatlıq bileti 50-dən aşağı satan yoxdur”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, neqativ halların qarşısını almaq üçün polis tərəfindən tədbirlər görülür.

Oyundan öncə “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev də vurğulamışdı ki, qanunsuz bilet satışı klub və hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.

“Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!