"Mahir problemli futbolçudur, sosial şəbəkə hesablarında səs-küyə səbəb olur"

13:20 Problem 325
"Mahir problemli futbolçudur, sosial şəbəkə hesablarında səs-küyə səbəb olur"

"Kayzerslautern"də çıxış edən Mahir Emreli tənqidə məruz qalıb.

“Qırmızı iblislər” II Bundesliqanın ötən turunda onun sabiq komandası “Nürnberq”lə qarşılaşıb.

Meydan sahibləri 45-ci dəqiqədə önə çıxsalar da, qonaqlar 90+3-cü dəqiqədəki penalti qolu ilə hesabı bərabərləşdiriblər.

Millimizin hücumçusu “instaqram” hesabında məhz rəqibin bərabərlik qolunun videosunu "bəyənib".

Sportinfo.az xəbər verir ki, "Bild" nəşrinin yazarı Niko Celev Emrelinin davranışı haqda bunları yazıb:

"Əlbəttə, başqalarının uğurları üçün sevinmək çox gözəl hissdir. Ancaq bu, öz komandanın uğursuzluğuyla bağlıdısa, olduqca çətin vəziyyətdir.

Görünür, Mahir "Kayzerslautern"i təhrik edir və bundan həzz alır. Elə komandasının itirdiyi xallardan da.

Ümumiyyətlə, o, problemli futbolçudur. Torsten Liberknextin Mahirə şans verməyə hazırlaşdığı vaxtda bunu etməsi isə qəbuledilməzdir.

O, meydana çıxıb özünü göstərmək əvəzinə sosial şəbəkə hesablarında səs-küyə səbəb olur".

Digər Xəbərlər
Xəbər Lenti