Güldükləri və selfi çəkdirdikləri üçün cəzalandırıldılar

16 Sentyabr 2024 10:00 Problem 758
Güldükləri və selfi çəkdirdikləri üçün cəzalandırıldılar

Paris Olimpiadasında Şimali Koreyanı təmsil edən stolüstü tennisçilər digər idmançılarla selfi çəkdirdiklərinə görə səlahiyyətlilər tərəfindən cəzalandırılır.

Sportinfo.az xəbər verir ki, söhbət Ru Jin Sink və Kim Kim Yonqdan gedir.

Şimali Koreya rəsmiləri onları KXDR-in bir nömrəli düşməni hesab etdiyi Cənubi Koreya idmançıları ilə çəkdirdikləri fotoda gülümsədikləri üçün qınayıblar.

Belə ki, idmançılar vətənə qayıdandan sonra avqustun 15-dən onlar barəsində üç mərhələli yoxlama başlayıb.

Şimali Koreyalı idmançıları cəzalandırmaq istədikləri foto Çin, Cənubi Koreya və KXDR idmançıları ilə birgə çəkilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu