COP29

"İndi klublar həmin səhv qərarın əziyyətini çəkir, problem böyükdür"

21 May 14:00 Problem 520
"İndi klublar həmin səhv qərarın əziyyətini çəkir, problem böyükdür"

«Legioner limitinin bir qədər də yumşaldılması labüddür».

Bu fikirlər «Sportinfo»nun təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin qonağı olan İ.Vaqifoğlu Premyer Liqada tətbiq edilən 7+3 limitinin 2025/2026-ci il mövsümündən etibarən 8+4-ə çevrilməsi barədə AFFA İcraiyyə Komitəsinin verdiyi qərarı dəstəklyib.

O bildirib ki, federasiyanın əvvəlki rəhbərliyinin dönəmində Premyer Liqa və I Liqada yaş limiti qüvvədə olub, bu isə xeyli sayda yerli futbolçunun vaxtından xeyli əvvəl karyerasını bitirməsiylə nəticələnib:

«Bu, səhv qərar idi. İndi klublar həmin qərarın əziyyətini çəkir.

Yerli oyunçuların sayı məhduddur. Premyer Liqa klublarının əvəzediciləri bu mövsüm Birinci Liqadan ayrıldı, İkinci Liqa da yaradıldı.

Region Liqası da fəaliyyətini davam etdirdi. Üst-üstə gəlsək, 70-dən artıq komanda bu çempionatlarda çıxış elədi.

Bir belə komandanın yalnız yerli futbolçularla mübarizə aparması qeyri-mümkündür. Ona görə biz hətta Region Liqasında legionerlərin çıxış etməsini görürük.

Premyer Liqada klub sayı artırılsa, heç şübhəsiz, limit dəyişməlidir. Təəssüf ki, Azərbaycanın özündə bu qədər oyunçu yoxdur.

Biz problemə kompleks yanaşmalıyıq.

Əgər bu gün aşağı liqada çıxış edənlər azərbaycanlı futbolçu tapmağa çətinlik çəkirsə, Premyer Liqa klubunun üzləşəcəyi çətinliyin miqyasını təsəvvür eləmək çətin deyil. Problem böyükdür».

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"